Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 16:38:54
“Örnək müəllim” doğum gününü AzEdu.az-da qeyd etdi 

Bu gün “Örnək müəllim” Şəfəq Fazilova doğum günündə AzEdu.az Təhsil Portalının qonağı olub.

 

Şəfəq Fazilova Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin Riyaziyyat-informatika müəllimidir.  O, 2012 -ci ildə  "Riyaziyyat və informatika" adlı metodik vəsaitin, 2013-cü ildə "Fənlərarası  İnteqrasiya" adlı  metodik vəsaitin, 2014-cü ildə "İnteraktiv təlimdə motivasiyalar" adlı qrifli metodik vəsaitin, eləcə də 38 adda respublika və xarici ölkələrdə nəşri olan AKK siyahısına daxil edilmiş elmi və tədris-metodik məqalə, tezis müəllifidir.

 

Qeyd edək ki, “Örnək müəllim” 2018-cu ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) ümumi psixologiya üzrə sabiq dissertantıdır, həmçinin, fəlsəfə doktoru proqramını bitirərək  psixologiya üzrə BDU-nun elmi şuranın vəsiqəsini alıb.

 

Şəfəq Fazilova ilə söhbətimiz zamanı o, şagirdlərin dərsi qavramasından, onların dərsə hazırlıq səviyyəsindən və dərs metodikasından bəhs edib. Vurğulayıb ki, hazırkı dövrdə şagirdlər üçün ən vacib olan məqam müasir texniki bacarıqlara yiyələnməkdir.  

 

AzEdu.az kollektivi olaraq Şəfəq müəllimin doğum günü ilə bağlı ona “İnformatika bələdçisi” və “Məktəb psixoloqunun stolüstü kitabı” hədiyyə etdik.

 

Qeyd edək ki, Şəfəq Fazilova  2023-cü ilin “Örnək müəllim” layihəsi zamanı seçilən 150 müəllimdən biridir.  

 

Bundan əlavə o, Elm və Təhsil Nazirliyinin keçirdiyi respublika “Pedaqoji mühazirələr" müsabiqəsini,  2017-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I qrant müsabiqəsinin, 2022 - ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin, eləcə də 2022-ci ildə  Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olub.

 

Ş.Fazilova xoş təəssüratla redaksiyamızdan ayrıldı.