Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 15:58:06
Tələbələr üçün “MathCamp 2024” yaz düşərgəsi təşkil olunacaq

21–25 mart tarixlərində “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda “MathCamp 2024” tələbələr üçün yaz düşərgəsinin IV mövsümü keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, düşərgədə ali təhsil müəssisələrinin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr və son 2 il ərzində məzun olmuş şəxslər iştirak edə bilərlər.

 

Düşərgədə iştirak üçün 15 mart tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək mümkündür:

 

https://forms.gle/KhenTkCh7ViqnJJ58

 

Düşərgə ərzində təcrübəli müəllim, ekspertlər tərəfindən inteqrativ təlim, alqoritmik yanaşma, məsələlər həlli, eləcə də ali riyaziyyat elementlərinin öyrənilməsi ilə bağlı xüsusi dərslər, təlim və seminarlar təşkil ediləcək.

 

Qeyd edək ki, düşərgənin təşkilində məqsəd tələbələrin riyazi, məntiqi təfəkkürünü, elmi dünyagörüşünü, həmçinin təsvir və ixtiraçılıq bacarığını inkişaf etdirmək, riyaziyyat üzrə nəzəri, praktik biliklərini gücləndirməkdir.