Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 13:46:09
Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə xeyli müraciətlər var

Ötən gün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Təhsil TV-yə Qarabağ Universiteti üçün elan edilmiş proqram rəhbəri üzrə vakansiyalarla bağlı açıqlama verib.

 

AzEdu.az xəbər verir ki, direktorun sözlərinə görə, proqram rəhbərləri hazırkı universitetlərimizdə fəaliyyət göstərən dekanların funksiyalarını icra edəcəklər.

 

Ü. Səttarova qeyd edib ki, “Qarabağ” Universiteti üçün elan edilmiş proqram rəhbəri üzrə vakansiya üzrə 5-6 əməkdaş qəbul olunacaq:

 

“Kifayət qədər maraqlı və böyük gözləntilərimizin olduğu vakansiyadır. Biz həmin vakansiyanı elan edərkən müxtəlif tələblər təqdim etmişik. Burada əsasən elmi dərəcədən, ingilis dili bilikləri, ali təhsil müəssisəsində neçə il iş təcrübəsinin və s. olmağından söhbət gedir. İngilis dili biliyi burada əsas faktorlardan biridir. Bu universitetin beynəlxalq əlaqələrinin qurulmasına töhfə vermək üçün zəruri amildir.

 

Eyni zamanda bu meyarlar vakansiyada lazımi sənədlərdə də göstərilib. Burada müraciət edən şəxs haqqında məlumat, müşahidəçi məktub və motivasiyasının təqdim olunması nəzərdə tutulur.

 

Həmin şəxsi məsləhət görən insanların adı, əlaqə nömrələri, eyni zamanda elmi əsərlərinin siyahısı tələb olunur. Vakansiyaya bir xeyli müraciət var. Onların hamısı qoyulan tələblərə uyğun gəlmir. Lakin lazımi məlumatları bütövlüklə təqdim edən namizədlərin sənədlərinə baxılacaqdır”.