Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 12:19:00
Bu il ixtisas seçimində güclü rəqabət OLACAQ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş 3 və 10 mart tarixli hər iki buraxılış imtahanında iştirak etmiş abituriyentlər arasında sorğu apardıqda gördük ki, onlar buraxılış imtahanının çox asan olduğu qənaətindədirlər, hətta riyaziyyat fənninin belə bu il çox asan olduğu qeyd edilir.

 

Maraqlıdır, rəqabət mühiti builki qəbul ballerina təsir edə bilərmi?

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a danışıb.

 

E.Əfəndi bildirib ki, bu il tələbat olan ixtisaslarda ballar arta bilər:

 

“Keçirilmiş buraxılış imtahanları abituriyentlər üçün olduqca səmərəli olub. Bu səbəbdən də düşünürəm ki, imtahan nəticələri ötən ilə nisbətən daha yaxşı olacaq. Abituriyentlərin nəticələrinin yüksək olması müsabiqənin bir qədər gərgin keçəcəyindən xəbər verir. Xüsusən də rəqabət daha çox prestejli ixtisaslarda müşahidə oluna bilər. Bəzi tələbat olan ixtisaslarda, hətta balların artacağı da gözlənilir. Digər istiqamətlərdə isə ola bilər ki, ötənilki ixtisaslar üzrə formalaşan keçid balları qeydə alınsın.

Əlbəttə imtahanın bu formatda olması yaxşıdır, çünki burada zəif və güclü oxuyan məsələsi ümumi nəticələr əsasında bəlli olur ki, hansı abituriyent daha hazırlıqlı, hansı qismən-hazırlıqldır. Belə bir imtahanın olması əvvəlki dövlərlə müqayisədə Dövlət İmtahan Mərkəzinin ictimai qınağa məruz qalmaması faktını da bizə göstərdi”.

 

Ekspert vurğulayıb ki, bu il abituriyentlərdən gözləntilərimiz yüksəkdir:

 

“Abituriyentlərdən tələb olunan odur ki, 14 aprel tarixində əvvəlki illərin məzunları üçün keçiriləcək buraxılış imtahanı, eləcə də blok imtahanlarına daha ciddi hazırlaşsınlar. Bu il imtahan verən namizədlərdən gözləntimiz yüksəkdir”.