Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 09:21:13
Çində övladlarına ev tapşırıqlarında kömək edən valideynlərin acı aqibəti

Çində məktəblilərə ev tapşırıqlarını yerinə yetirməkdə yardımçı olan valideynlər arasında infarkt halları getdikcə daha da artır.

 

AzEdu.az xəbər verir ki, iki uşaq anası olan 40 yaşlı Dun soyadlı qadın uşağına riyaziyyatdan ev tapşırıqlarını yerinə yetirməyə kömək edib. Tezliklə o kəskin başağrısı, ardınca ürəkbulanma hissi ilə xəstəxanaya düşüb.

 

Hərtərəfli müayinədən sonra Duna kiçik insult diaqnozu qoyulub. Həkimlər hesab edirlər ki, buna uzun müddət davam edən stress səbəb olub və ev tapşırıqlarına köməklik yalnız vəziyyəti daha da pisləşdirib. Mütəxəssislər qeyd ediblər ki, son vaxtlar belə hallar Çində daha çox baş verir.

 

Məsələn, ötən həftə xəstəxanaya oğluna riyaziyyat fənnindən kömək edən 37 yaşlı çinli qadın gəlib. O, övladının məsələni həll edə bilmədiyi üçün o qədər əsəbiləşib ki, ürək tutması ilə klinikaya düşüb.

 

Səhiyyə mütəxəssisləri qadınların bu tip sağlamlıq problemlərinə daha çox meylli olduqlarını bildirirlər. Çünki xanımlar rəsmi iş, ev işləri və uşaqların akademik göstəriciləri səbəbindən daimi stress və narahatlıq içindədirlər.

 

Mənbə: gazeta.ru