Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 08:55:14
“Tarixdə bu gün” - 12 martda nələr olub?

Tarixin müəyyən dönəmlərində eyni gündə baş vermiş bir sıra əhəmiyyətli hadisələr olub.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlandırır. 

 

12 mart tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

12 Mart  Daxili Qoşunlar Günüdür:

 

Bu gü. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 32 il ötür. 1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər.

 

12 mart 1921-ci ildə Türkiyənin İstiqlal Marşı ildə Türkiyə Böyük Millət Məclisində qəbul edildi: 

 

O illərdə müstəqillik və qurtuluş mübarizəsi aparan türklərin Vətən və bayraq sevgisini, azadlıq iradəsini dilə gətirən şeir Məclisdə böyük həyəcan yaradaraq səmimi alqışlarla qəbul olundu.

 

12 mart 1992-ci ildə Azərbaycan və İran arasında diplomatik əlaqələr qurulub:

 

Hər iki ölkənin (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb) səfirlikləri, İranın Naxçıvan şəhərində Baş Konsulluğu (1992-ci ilin dekabr ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir.

 

 

12 mart 2009-cu ildə “əsrin fırıldaqçısı” kimi tanınan maliyyəçi Bernard Medoff tarixin ən böyük fırıldaqlarından birində günahını etiraf edib:

 

"Əsrin maliyyə piramidası"nın qurucusuna nə az, nə çox- 150 illlik həbsxana cəzası kəsilib. "Nasdaq" adlı keçmiş fond birjasının sahibi olan B.Medoff tarixdə ən böyük məbləğdə- 64,8 milyard dollarlıq maliyyə piramidasını qurmuşdu. Medoffun vəkilləri onun yaşını (71) nəzərə alaraq, hakimdən 12 illlik cəza istəsələr də, məhkəmə maksimal cəza müddəti kəsib.

 

Qeyd edək ki, Medoffa qarşı 11 maddə üzrə iş açılıb. 

 

O, 82 yaşında Federal Tibb Mərkəzində vəfat edib.