Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-11 15:28:15
ADU-nun məzunu Harvard Ali Təhsil Məktəbinə qəbul olunub

Azərbaycan Dillər Universitetinin Fəxri Məzunu Aysun Məmmədli, 2024-2025-ci tədris ilində əyani təhsil almaq üçün Harvard Ali Təhsil Məktəbinin Təhsildə liderlik, idarəetmə və sahibkarlıq ixtisası üzrə magistr proqramına qəbul olunub.

 

AzEdu.az xəbər verir ki, o, orta məktəbi 2019-cu ildə Gəncə şəhərində bitirib. Həmin ilidə də qəbul imtahanında 614 bal toplayaraq Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsinin İngilis dili müəllimliyi ixtisasına qəbul olub. Həmin ildən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb.

 

Aysun Məmmədli sosial fəaliyyətinə ADU Debat klubunda başlayıb. Bir çox təşkilatlarda könüllülük fəaliyyəti ilə məşğul olan Aysun Məmmədli, həmçinin, müxtəlif layihələrdə, təlimlərdə, konfranslarda, forumlarda təşkilatçı və iştirakçı qismində özünü inkişaf etdirməyə çalışıb. O, ikinci kursdan etibarən part-time menecer, ingilis dili müəllimi və Təhsildə Keyfiyyətin Təminatı Agentliyində təcrübəçi kimi çalışıb.

 

Bu günədək o, 6 beynəlxalq layihədən qəbul almışdır və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən “İdeyanı Reallaşdır” Qrant müsabiqəsinin qalibidir. Bir çox layihələrin (“İctimai Həyatda Bərabərlik”, “The Outside of World”, “Sənin Uğurun”, “Karantində Mən”, “Sosial Aktivlər” və sair) hazırlanmasında və icrasında yaxından iştirak edib.

 

Aysun Məmmədli bir sıra beynəlxalq sertifikatlara (TOT, TESOL (ASU), Leaders of Learning (HGSE)) malikdir. “DAUF Planner” illkin planlayıcısının yaradıcısı, 1 elmi məqalənin və 1 tədqiqat işinin müəllifidir.

 

Hazırda ingilis dili müəllimi, təlimçi və layihə meneceri kimi fəaliyyət göstərir.