Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-11 10:22:13
Şəkidə yeni doğulan körpə ölüb

Şəkidə Regional Perinatal Mərkəzdə ölüm faktı qeydə alınıb.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qalibə Cavadova fevral ayının 13-ü tarixində dünyaya uşaq gətirib.

 

Yeni və vaxtsız doğulan uşaqda qüsurlar olduğu üçün Şəkidə Regional Perinatal Mərkəzinə yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq körpə mart ayının 9-u dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.