Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-10 11:57:00
Yeniyetmə qız 12-ci mərtəbədən YIXILDI

Bakı şəhər Nəsimi rayonu ərazisində yeniyetmə qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

AzEdu.az xəbər verir ki, Akademik Feyzulla Qasımzadə küçəsi, bina 25 ünvanında yerləşən “Gözəl Bakı” yaşayış kompleksində 2010-cu il təvəllüdlü Şeyla S. (şərti adlı) 12-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yıxılıb.

 

14 yaşlı qız hadisə yerində dünyasını dəyişib.

 

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.