Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-09 11:14:41
Qaxa 22 sm qar yağıb - FAKTİKİ HAVA  

Faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, martın 9-u saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb. Qar örtüyünün hündürlüyü Qaxda 22 sm, Şərur, Şahdağda 2 sm olub.

 

Düşən yağıntının miqdarı Qaxda 20 mm, Oğuzda 9 mm, Qəbələ, Şəki, Zaqatala, Yardımlı, Qobustan, Şamaxı, Balakən, Qrız, Daşkəsən, Gəncə, İsmayıllı, Quba, Qusar, Şəmkir, Şabran, Tərtər, Lənkəran, Astara, Neftçala, Biləsuvarda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.



Tərtər, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qəbələ, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

 

Şimal-qərb küləyi martın 08-də Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında arabir 20 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.



Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.