Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-08 10:24:16
Paytaxt məktəbliləri Rus dilində Respublika Olimpiadasında iştirak ediblər

Azərbaycanda hər il təşkil olunan Rus dilində Respublika Olimpiadasının ikinci mərhələsi keçirilir.Bu il olimpiada ardıcıl olaraq 16-cı ildir ki keçirilir və Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyinə və Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr edilir.

 

 

AzEdu.az  Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, səkkizinci tur Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli məktəbdə keçirilib. Bu turda Nəsimi rayon məktəblərindən 7-9-cu sinif şagirdləri iştirak ediblər.Olimpiada iştirakçılarını “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, 23 saylı məktəbin direktoru Nigar Hənifəyeva və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina salamlayıblar.

 

 

Tədbirdə Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova çıxış edib.

Olimpiadanın bütün iştirakçılarına sertifikatlar təqdim edilib.

 

 

2024-cü ilin fevral-may ayları arasında Azərbaycan Respublikasının şəhər və bölgələrində rus sektorunun 7-9-cu sinif şagirdləri arasında olimpiadanın inşa şəklindəki ikinci mərhələsi keçiriləcək. Olimpiada çərçivəsində təşkilatçılar ölkənin ümumi təhsil müəssisələrinin ziyarət olunmasını nəzərdə tutan regional turlar təşkil edəcəklər.

 

 

Aprel ayında başa çatacaq ikinci mərhələyə Bakı şəhəri, Gəncə, Sumqayıt, Naxçıvan və Azərbaycanın digər 52 regionundan 2400 şagird adlayıb. İyun ayında qaliblərin, məktəb direktorlarının və fəal iştirakçıların mükafatlandırılması mərasimi keçiriləcək.

 

 

Rus dilində Respublika Olimpiadası Bakıdakı Rus Evi, Rusiyanın ölkəmizdəki səfirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimlər Assosiasiyası tərəfindən keçirilir.