Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 14:28:14
152 məktəbli olimpiadanın final turuna vəsiqə qazanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 152 şagirdi Respublika fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb.

 

AzEdu.az xəbər verir ki, onlardan 16 nəfər Azərbaycan dili və ədəbiyyat, 15 nəfər biologiya,  20 nəfər coğrafiya, 24 nəfər fizika, 9 nəfər kimya,  23 nəfər riyaziyyat, 23 nəfər tarix, 22 nəfər informatika fənni üzrə respublika fənn olimpiadalarının yarımfinal turunda müvəffəqiyyət əldə edib.

 

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

 

Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.