Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 13:54:00
Növbəti buraxılış imtahanı çətin olacaq? - İddialara CAVAB 

Bir çoxları 3 mart tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanının asan olduğunu vurğulayaraq qeyd edir ki, martın 10-da keçiriləcək imtahan nisbətən çətin olacaq.

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil ekserti Ramin Nurəliyevin sözlərinə görə, bu iddialar bəzi repetitor müəllimlər tərəfindən yayılan əsassız məlumatlardır:

 

“DİM bütün mərhələlərə aid olan imtahanları eyni vaxtda və səviyyədə hazırlayır. Bu imtahanların çətinlik və ya asanlıq dərəcəsi eyni şəkildə tənzimlənir. Hətta deyə bilərəm ki, keçən il ikinci zona üçün keçirilən buraxılış imtahanlarında abituriyentlərin nəticəsi daha yaxşı idi. Bəzi hallarda “Bu imtahan çətin düşmüşdü”,- kimi fikirləri ortaya atan valideynlər olur. Onlar övladlarının zəif nəticə göstərməsini qəbul edə bilmirlər. Sonda günah isə Dövlət İmtahan Mərkəzinin boynuna qalır”.