Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 09:06:34
Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

Azərbaycana səfərə gəlmiş Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, qonaqlar elm və təhsil naziri Emin Əmrullayev və AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər.

 

Əvvəlcə qonaqlara AzTU-da görülən işlər haqqında ətraflı məlumat verilib. AzTU və Türkiyə universitetləri arasında mövcud əməkdaşlığın vəziyyəti, birgə həyata keçirilən layihələr və perspektivdə nəzərdə tutulan fəaliyyətlər barədə müzakirələr aparılıb.

 

Daha sonra qonaqlar AzTU-nun kampusunu ziyarət ediblər.