Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-06 11:33:00
BMU-da tələbələr üçün "Sahibkarlığa giriş" proqramına başlanılıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə əməkdaşlıq çərçivəsində “SABAH.HUB” İnnovasiya Mərkəzinin “SABAH.academy” platforması  "Sahibkarlığa giriş" mövzusunda tədris proqramını təqdim edib. Artıq proqram çərçivəsində müvafiq dərslər həyata keçirilməkdədir.

 

AzEdu.az xəbər verir ki, “Sahibkarlığa giriş”-Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, IE Beynəlxalq Biznes Məktəbi və “SABAH.academy” platformasının birgə təşəbbüsüdür.

 

Bu əməkdaşlıq tələbələri vacib sahibkarlıq bacarıqları ilə təchiz etmək və universitet daxilində innovasiya mədəniyyətini təşviq etməyi hədəfləyir. Proqram vasitəsilə tələbələr biznesin planlaşdırılması, bazar təhlili, maliyyə menecmenti, uğurlu startapın başlanması və idarə edilməsinin incəlikləri daxil olmaqla, sahibkarlığın fundamental prinsiplərini öyrənəcəklər. İştirakçılar problemlərin həlli, tənqidi düşünmə, qərar qəbuletmə və effektiv ünsiyyət kimi praktiki bacarıqları inkişaf etdirmək üçün praktiki fəaliyyətlər, nümunə araşdırmaları və simulyasiyalarla və s. məşğul olacaqlar.

 

Proqram çərçivəsində IE Beynəlxalq Biznes Məktəbinin nüfuzlu professorları, Stanford və Azərbaycanın sahibkarlıq ekosisteminin aparıcı mütəxəssisləri hərtərəfli öyrənmə təcrübəsini təmin edəcək.

 

Sözügedən proqramı tamamlayan tələbələr Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, IE Beynəlxalq Biznes Məktəbi və “SABAH.academy” tərəfindən sahibkarlığın əsasları haqqında biliklərini təsdiqləyən universitet kreditləri və təsdiq edilmiş beynəlxalq sertifikatlar alacaqlar.

 

Qeyd edək ki, “SABAH.academy” Elm və Təhsil Nazirliyinin nəzdində yaradılıb, Təhsil İnstitutu və IE Beynəlxalq Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.