Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-06 11:17:53
Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar Azərbaycanda səfərdədir

Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar martın 5-dən ölkəmizdə səfərdədir.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki, Erol Özvar səfərinin ilk günündə elm və təhsil naziri Emin Əmrullayevlə görüşüb.

 

Görüş zamanı təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyəti, həmçinin Türkiyə–Azərbaycan Universitetinin yaradılması məsələləri müzakirə olunub.