Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-05 11:57:00
Magistratura imtahanında xarici dildən danışıq bacarıqları yoxlanılacaq

Magistratura pilləsində danışıb- anlama bacarıqları yoxlanılacaq.

 


AzEdu.az xəbər verir ki, bu sözləri “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı” adlı proqram və yeni imtahan modelinin təqdimatına həsr olunan tədbirdə çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib:

 


"CEFR-in 6 səviyyəsi var və Azərbaycanda xarici dilin qiymətləndirilməsi 9 illik yekun attetsasiyada dinləyib-anlama, oxuyub-anlama, qrammatika, leksika və yazı işləri yoxlanılır və bu səviyyə ən aşağı səviyyədə A2 səviyyəsindədir. 11 sinfi bitirənlərin bilik səviyyəsi B1 səviyyəsinə uyğundur.

 

Əvvəllər heç məktəblərdə xarici dil tədris olunmurdu. 6 il ərzində çox böyük uğurlar əldə etmişik. 2023-cü ilin statistikası kifayət qədər yüksək idi. Mən istəyərdim ki, ingilis dilində şagirdlərin səviyyəsi artıb, eləcə də riyazziyatda da artsın, amma təəssüf ki, abituriyentlər arasında riyaziyyat fənnindən zəiflik hiss olunur. 

 

Sədr qeyd edib ki, növbəti mərhələdə magistratura pilləsində danışıb-anlama bacarıqlarını yoxlanılacaq.