Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-05 11:51:51
Bu şəxslər müəyyən imtahanlardan azad OLACAQ

Azərbaycan dili bacarıqları üzrə imtahan verərək sertfikat alanlar müəyyən imtahanlardan azad olunacaq.

 

AzEdu.az xəbər verir ki, bu sözləri “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı” adlı proqram və yeni imtahan modelinin təqdimatına həsr olunan tədbirdə çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib:

 

O bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mütəxəssisləri ilə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modeli işlənib hazırlanıb:

 

“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” ölkədə və ölkədən kənarda azərbaycanca öyrənənlər, öyrədənlər, təlim materialları hazırlayanlar və imtahan təşkil edənlər üçün əsas məqamları, məqsədləri, səviyyələrə və bacarıqlara görə təlim nəticələrini, imtahan prosesini, dilin tədrisi mövzularını, dil təlimi standartlarını müəyyən çərçivəyə salan bir proqram kimi hazırlanıb. Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək”, - deyə o bildirib.

 

Sədr əlavə edib ki, DİM tərəfindən keçiriləcək imtahanlarda iştirakçılara sertifikat veriləcək. Gələcəkdə sertifikatların müvafiq səviyyələrinə malik olanların həmin sertifikatın qüvvədə olduğu müddətdə Azərbaycan dili ilə bağlı müəyyən imtahanlardan azad olunması və buna uyğun normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur.