Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-05 09:11:27
“Tarixdə bu gün”  - 5 mart...

Tarixdə yaşananlar ya xoş, ya da acı xatirələrlə xatırlanır.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

5 mart  tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

Hər il 5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur:

 

Bu tarix Azərbaycan prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən keçirilir.  

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci  il  martın  5-də dövrün ölkə prezidenti Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

 

5 mart 1616-cı ildə  Nikolay Kopernikin "Göy cisimlərinin fırlanması haqqında" kitabı ilk nəşrindən 73 il sonra Qadağan olunmuş Kitablar İndeksinə əlavə edilib:

 

Əsərin məzmunu Ptolemeyin geosentrik sistem yəni Dünya mərkəzli modelinə qarşı Günəş-mərkəzli yeni bir model ortaya qoyurdu. 

 

 

5 mart 1879-cu ildə keçmiş SSRİ-nin Baş katibi Stalin vəfat edib: 

 

Əsil adı İosif Vissarionoviç Cuqaşvili olan Stalin 30 ilə yaxın Sovet İttifaqına rəhbərlik edib.

Son dərəcə ziddiyyətli şəxsiyyət olan Stalin tarixin yaddaşında həm İkinci Dünya Müharibəsində qazanılan qələbənin görkəmli rəhbəri, həm də 15 sovet respublikası xalqlarını qan içində boğan, dəhşətli repressiyalara yol verən diktator kimi qalıb. (1879-1953)

 

5 mart 1994-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Mirələkbər İbrahimov şəhidlik zirvəsinə ucalıb: 

 

30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində doğulub. Birinci sinfə burada getmiş sonra Bakı şəhərinə köçmüşlər. 1978-ci ildə Bakı şəhərindəki 158 saylı orta məktəbi bitirin və hərbi xidmətə gedib. Daha sonra Bakıda 153 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi işləyib. Qarabağda ermənilərin törətdikləri ağılasığmaz vəhşiliklər Mirələkbəri bərk narahat edirdi. O, könüllü olaraq cəbhəyə göndərilməsini xahiş edir. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Onun son döyüşü 5 mart 1994-cü ildə oldu. Əks hücuma keçən cəsur komandirin taboru kəndləri azad edir, Bu döyüşdə faşist ermənilərin gülləsinə tuş gələn Mirələkbər qəhrəmancasına şəhid oldu.