Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-05 08:36:39
Bu gün Novruzun ikinci çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

 

AzEdu.az xəbər verir ki, mart ayının 5-i Od çərşənbəsi gününə təsadüf edir.

 

Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-də qeyd edilib. Yel çərşənbəsi 12 mart, torpaq çərşənbəsi 19 martda qeyd olunacaq.

 

Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.