Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-04 10:49:00
İstehsalat təcrübəsində iştirak etməyən tələbələri nələr gözləyir?

Artıq tələbələrin bir çoxu istehsalat təcrübəsinə başlayıb.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata əsasən, istehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında keçirilir: 

 

“Tələbələr mütləq şəkildə müəyyən olunmuş həftəlik iş saatı ərzində təcrübədə iştirak etməlidirlər. Təcrübənin yerinə yetirilməsi üzrə nəticələr təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmiş formada qiymətləndirilir. 

 

Təcrübədə müxtəlif səbəblərdən iştirak etməyən və ya qeyri- müvəffəq qiymət alan tələbələr təkrarən təcrübədən keçməlidirlər. Bundan əlavə təqaüd alan tələbələrin təcrübə müddətində təqaüdləri saxlanılır”.