Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-01 11:17:00
BMT-də Məşvərət Şurasına üzv: Amerikada  təhsil almağı planlaşdırıram”

2024-2025-ci illər üçün BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına Azərbaycandan üzv seçilən gənclərdən biri Dəniz Məmmədzadədir.

 

Dəniz Məmmədzadə Şəki şəhər Kimya-Biologiya Təmayüllü Liseyin 11-ci sinif şagirdidir.

 

Dəniz Məmmədzadə indiyədək bir çox respublika və beynəlxalq fənn olimpiadalarının iştirakçısı olub və müxtəlif medallar əldə edib.

 

Həmçinin “Sabahın alimləri” layihəsinin 2023 və 2024-cü illərdə finalisti, “Fibonaçi”, “Kim, nə, harda, nə zaman?” intellektual yarışlarının da qalibidir.

 

Dəniz Məmmədzadə AzEdu.az-a BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv seçilməsi haqqında danışıb:

 

"Sosial şəbəkələrdə BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına yeni üzvlərin seçilməsi haqqında elanı gördüm. Mənim üçün yaxşı nəticə verəcək proses olduğunu düşünürəm. Əslində seçəcəyim ixtisasla çox əlaqəli bir fəaliyyət deyil. Amma orada müxtəlifliyi təmsil edən üzvlərdə var".

 

Həmsöhbətimiz gələcək hədəflərindən danışıb:

 

“Harvard Universitetində biomedikal mühəndislik ixtisasında təhsil almağı planlaşdırıram. Amerikanın və İngiltərənin bir neçə universitetinə müraciət etmişəm.Həmçinin, artıq Amerikanın bir neçə ali məktəbi müraciətimi qəbul edib. Digərlərinə isə proses hələ də davam edir".

 

Dəniz Məmmədzadə bildirib ki, valideynlərim bu uğurumdan əvvəl də məni dəstəkləyirdilər.

 

“Əlbəttə ki, belə bir şans əldə etdiyimə görə çox sevindilər”.

 

Sonda müsahibimiz abituriyentlərə öz işlərində və gələcək karyeralarında uğurlar arzulayıb.