Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-28 10:56:00
Universitetlərdə təqaüd yerləri nəyə əsasən təyin olunur? - ÖZƏL

Təhsil müəssisələrində dövlət sifarişi ilə təhsil alan tələbələr üçün müəyyən sayda təqaüd yerləri ayırılır.

 

Əgər qrupda dövlət sifarişi ilə təhsil alan tələbə yoxdursa, o halda hər semestrdə təqaüd alacaq tələbələrin sayı nəyə əsasən təyin olunur? 

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir:

 

“Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

 

Ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılır”.