Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 11:59:00
Koreyada təhsil almaq üçün müraciətlərə başlanılıb

“Qlobal Koreya” təqaüd proqramına müraciətlərə start verilib.

 

AzEdu.az bu barədə Koreya Respublikasının Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

 

Bildirilib ki, təqaüd proqramı seçimlərdən uğurla keçən şəxslərə Koreya dövləti hesabına Koreyada magistratura və doktorantura təhsili almaq, eyni zamanda müxtəlif tədqiqatlarla məşğul olmaq imkanı verilir.

 

Qeyd olunub ki, proqrama 40 yaşa qədər Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak etmək istəyənlər 5 mart 2024-ci il tarixinədək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

 

Təfərrüatlar və sənədlərin təqdim edilməsi qaydaları ilə buradan tanış olmaq və ya bununla bağlı ölkənin Koreya Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etmək olar.