Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 12:02:00
Əlavə təhsil nədir, bundan kimlər, necə yararlana bilər? - İZAH

Bəzi tələbələr ali təhsil müəssisələrini bitirdikdən sonra əlavə təhsil almaq istəyir.

 

Maraqlıdır,əlavə təhsilin faydaları nələrdir? Bundan kimlər,necə yararlana bilər?

 

Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsidir. Bu təhsil insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

 

AzEdu.az “Təhsil haqqında” Qanuna əsasən,xəbər verir ki, Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

 

ixtisasartırma;

kadrların yenidən hazırlanması;

stajkeçmə və kadrların təkmilləşdirilməsi;

təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili;

dərəcələrin yüksəldilməsi;

yaşlıların təhsili.

 

Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənəd verilir.

 

İxtisasartırma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.