Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 12:35:00
Uşaqların bullinqə məruz qalmasının əsas səbəbi ailədir - PSİXOLOQ

Sosial şəbəkələrdə məktəbliyə qarşı bullinq hadisəsi ilə bağlı video görüntülər yayılıb. Bullinə məruz qalan, eləcə də bullinqi tətbiq edən yeniyetmə məktəblilərdir. Təəssüf ki, son günlər bu cür hadisələrlə tez-tez qarşılaşırıq.

 

Bəs, görəsən, yeniyetmələr nəyə görə bullinq tətbiq edməkdən zövq alırlar? Ümumiyyətlə valideyn övladını bu baxımdan necə tərbiyə etməlidir?

 

Mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ləman Mustafayeva AzEdu.az-a açıqlama verib.

 

 Açıklama yok.

 

Psixoloq qeyd edib ki, gələcəkdə uşağın bullinqə məruz qalması ailədə sərhədlərinin müəyyənləşdirilməsindən başlayır:

 

“İstənilən uşaq cəmiyyətdə bullinqə məruz qala bilər, lakin hər kəs təqib və zorakılığın hədəfinə çevrilmir. Bu vəziyyət uşağın öz sərhədlərini nə dərəcədə qoruması ilə birbaşa bağlıdır.  

Sərhədlərin pozulması daha çox ailədən başlayır. Uşağa öz fikrini söyləmək hüququ verilmədikdə, hərəkətləri ciddi tənqidlərə məruz qaldıqda, onlar daim ailədən kənarlaşır, geri çəkilir və beləliklə, öz gücünə dair inancı itir, beləcə də uşaq özünü müdafiə etməkdən məhrum olur. Məhz bu səbəbdən də onun cəmiyyətdə eyni vəziyyətlə üzləşmə ehtimalı daha yüksək olur.

Sərhədlərin pozulmasının digər səbəbi isə ətrafdakı dünyaya qarşı şişirdilmiş tələbləri olan, hər şeyə borclu olduğuna inanan uşaqlardır. Ümumiyyətlə zorakılığa məruz qalan uşaqlar çox vaxt emosional cəhətdən zəif olurlar”.

 

L.Mustafayeva bildirib ki, valideynlər övladlarını fərd kimi qəbul etməlidirlər:

 

“Valideynlər uşağınıza hörmət edin. Körpə bu dünyaya gələndə heç nə bilmir. Valideynlərin vəzifəsi hər şeyi, eləcə də həyatı onlara izah etməkdir.  Kiçik bir uşaqla belə, hörmətlə danışmaq lazımdır ki, o, gələcəkdə hisslərini, düşüncələrini və problemlərini sizinlə bölüşməkdən çəkinməsin. Uşaqlar arasında ilk münaqişələr uşaq bağçalarında yarana bilər. Ancaq bu o qədər də təhlükəli deyil. Bağça təcrübəsindən istifadə edərək uşaq böyüklərinin köməyi ilə vəziyyətin öhdəsindən gəlməyi öyrənə bilər. Ona görə də uşaqları düzgün tərbiyə etməli və bu cür hallardan qorumalıdır”.