Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 13:43:45
“Örnək müəllim”in Belçika səfəri: “Bələdiyyələr şagirdləri nəqliyyatla təmin edir”

Təhsil bir şəxsi anlayış, sülh, tolerantlıq, cinslərin bərabərliyi ruhunda, etnik, milli və dini qruplar, yerli mənşəli şəxslər və bütün xalqlar arasında dostluğa əsaslanan azad bir cəmiyyətdə məsuliyyətli həyata hazırlamalıdır. (Uşaq Hüquqları Konvensiyası, BMT Sən A/44/49 (989), para. 29(1)(d)  İbtidai təhsil şəxsiyyətin vətəndaş, sosial və ictimai varlıq kimi formalaşdırmağı ilə  yanaşı, ilkin yazı, oxu, fikir ifadə etmə  bacarıqlarını aşılayır.

 

Avropada  bir müddət yaşama fürsətindən istifadə edərək Belçikanın paytaxtı Brüssel şəhərindəki təhsillə  tanışlıq üçün "Quş nəğməsi" adlı məktəbə getdim. Buradakı məktəblər bizdəki kimi nömrələnmir. Təhsil ilindən 1-2 həftə öncə məktəb rəhbərləri yeni qəbul olunan şagirdləri  valideynlərlə  birgə məktəbi gəzdirir, təhsil üsulları, qaydalarla bağlı məlumat verir. Bu, fransız dilində tədris verən 6 sinifli  məktəb idi, buranı bitirib digər məktəbə keçirlər.Yeni gələn, bu dildə danışmağa çətinlik çəkən uşaqlara  əlavə məşğələlər üçün müəllim ayrılır. Teatrdakı kimi məktəb qarderobdan başlanır, hər şagirdin şəxsi əşyalarını qoymaq üçün yer ayrılır.

 

Səhər və dərs bitəndə  növbə ilə daha öncə gələrək  2-3 valideyn qarderobda dayanıb kömək edir.Onu da deyim ki, 8.30-da dərs başlanır, 16.00 - da bitir. İstəyə uyğun olaraq əlavə ödənişlə 18.00-dək şagird müəllim nəzarətində tapşırıqlarını yerinə yetirmək üçün qala bilir. Bu, işləyən valideynlər üçün sərfəlidir. Dərs başlayanda və bitəndə məktəb yolunda polis maşını təhlükəsizlik üçün dayanır və tıxac yaranmır. Məktəb yolunda maşın və şagirdlərin hərəkətini tənzimləyən bir növbətçi valideyn dayanır. Öyrəndim ki, hər il məktəb şagirdlərə bir layihə  təqdim edir. Bu il opera sənəti öyrədiləcək, istedadı olanlarla  dəvət olunan mütəxəssislər xüsusi məşğələlər keçəcəklər. Yaxınlıqdakı müsiqi akademiyasına gedib hər hansı çalğı aləti öyrənməkdə də  sərbəstdirlər.

 

Ayda on dəfə üzgüçülük dərsi keçirilir, bu da şagirdlərin fiziki hazırlığını və həyati bacarıqlarını təmin etmək üçün ən yaxşı seçimlərdəndir. Ətraf aləmlə əlaqə, təbiətlə "ünsiyyət " şagirdlərin  estetik zövqünü, canlı aləmə  sevgisini formalaşdırır. Şagirdləri fermaya aparırlar. Kollektiv şəkildə həyata keçirilən bu tədbirlər birgə fəaliyyət bacarığını öyrədir. "Kollektivin tələbləri , ilk növbədə tələbdə iştirak edənlərlə əlaqəli tərbiyəlidir. Bir şəxs bütün komandanın marağını ifadə etmək şərti ilə təhsil təsirinin subyektidir. Müəllimin şagirdə birbaşa təsiri təsirsiz ola bilər. Təsir məktəblilərin mühitindən keçəndə daha yaxşı nəticələr verir. Buna görə paralel fəaliyyət prinsipi; tələbəni birbaşa əsas kollektiv vasitəsi ilə təsir etmə tələbi. Makarenkonun doktrinası komandanın mərhələli formalaşma texnologiyasını özündə cəmləşdirir. Kollektiv həyat qanununu formalaşdırdı: hərəkət həyatın formasıdır, dayanmaq ölümün formasıdır. Komandanın inkişaf prinsipləri vurğulanır:

 

- aşkarlıq

- asılılıq

- məsuliyyət

- paralel hərəkət.

 

Komandanın formalaşma mərhələləri:

1.Komandanın formalaşması (ilkin mitinq). Məqsəd: mütəşəkkil bir qrupu (sinif) iştirakçıların münasibətlərinin fəaliyyətin məzmunu ilə təyin olunduğu bir komandaya çevirmək.

2. Aktivin təsir səyləri.

3. Kollektivin çiçəklənməsi: özünə, yoldaşlarına qarşı daha yüksək tələblər səciyyəvidir.

4. Hərəkət prosesi: kollektiv təcrübə yolu ilə tələbə özünə tələblər qoyur, əxlaqi standartların yerinə yetirilməsi ehtiyac səviyyəsinə keçir.

 

Həqiqi bir komandanın ortaq hədəfi olmalı, çox yönlü fəaliyyətlə məşğul olmalı, həyatını və işini istiqamətləndirən orqanları olmalıdır. İrəliləməyin perspektivi vacibdir. Komanda rəhbərliyi - ümumi əmək səyləri tələb edən müəyyən bir məqsəd ilə ovsunlamaq. Şən, güclü, ruhu yüksək bir atmosfer vacibdir".

 

Valideynlər aktivdirlər, məktəbə yardım, ya tədbirlər üçün əlavə pul vəsaiti  toplayır və öz təşəbbüsləri ilə həyata keçirirlər. Şagirdlərin nəqliyyatla təmini bələdiyyələrin səlahiyyətindədir.

 

Hər müəllim eyni sinfə yalnız 2 il dərs keçir. Bu da hər bir şagirdin yeni müəllim xarakteri ilə tanışlığına xidmət edir. Səfirliklərin maliyyə və mütəxəssis dəstəyi ilə şagird istədiyi əlavə dili seçib öyrənə bilər. Məktəb şəhər bələdiyyəsinin yardımı və valideynlərin aylıq  ödənişi ilə işləyir. Onu da deyim ki, getdiyim dövlət məktəbidir, 1960-ci ildən fəaliyyətdədir. Dövlət məktəbləri də qismən ödənişlidir və bu, hər ay üçün təxminən 100 evrodan 200  evroya qədər dəyişir. Özəl məktəblərin ödənişi isə il üçün 5000 və daha artıq olur. Bağça da məktəbin tərkibindədir, sadəcə, binalar və həyətləri ayrılıb.

 

Primer - 6 yaşdan yuxarılar, maternel - bağça yaşlıların məktəbi adlanır.

Məktəb gündə 3 dəfə təmizlənir. "Sıfır zibil" qaydasına hər bir şagird əməl edir. Məktəb rəhbəri qeyd etdi ki, məktəblə bağlı qərarları şagirdlər özləri verirlər, çünki burada onlar fəaliyyət göstərirlər. Hər yerə təmizliyə, intizama çağırışla  bağlı şagirdlərin rəsmləri vurulub. Şagirdlər geniş yeməkxanada qidalanırlar. Yay məktəbi dərs başlayana - sentyabrın 1-nə kimi fəaliyyət göstərir, oyunlar, ekskursiyalar, maraqlı görüşlər təşkil edilir.

 

Həftədə bir dəfə müəllim məktəbdə də, bağçada da uşaqlara  bu fikirləri  davam etdirməyi təkif edir: “Mən xoşbəxtəm, çünki... ", " Mən narazıyam, çünki... " Həm müəllim, həm uşaqlar bunları çavablandırmaqla  daha pozitiv və nikbin olurlar, stresdən azad olurlar.Təəssüratlar o qədər çox oldu ki... Bir hissəsini paylaşdım. Məktəb rəhbəri çox böyük həvəslə yorulmadan  məlumat verirdi. İnandım ki, işini də elə həvəslə görür.

 

Xanım Qasımova

Filologiya üzrə fəlsəfə doktoru,

Bakı şəhəri 220 nömrəli  məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi