Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 09:57:32
Qazax-Tovuz RTİ: “Şagirdlər arasında qızılcaya yoluxma halı nəzarətdədir”

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrindən 14.02.2024-cü il tarixində 53 uşaqda qızılcaya yoluxma halı qeydə alınıb.


Bu barədə AzEdu.az-a Qazax-Tovuz RTİ-dən məlumat verilib.

 

Bildirilib ki, uşaqlar arasında qızılcaya yoluxma halları ilə bağlı məsələ Qazax-Tovuz Regional Təhsil İdarəsinin daim nəzarətindədir.

 

"Qızılcaya yoluxan uşaqlar həkim nəzarətində müayinə olunduqdan və tam sağaldıqdan sonra məktəbə buraxılır”.