Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 09:13:00
“İlin gənc müəllimi-2023” müsabiqəsinə qeydiyyat DAVAM EDİR  

"İlin gənc müəllimi-2023"müsabiqəsinə qeydiyyat davam edir.

 

 AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə keçirilir.

 

"İlin gənc müəllimi-2023" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

 

Layihənin icrası hər il olduğu kimi, 3 mərhələdə həyata keçiriləcək: Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd etməli, formda tələb olunan bütün bəndləri cavablamalıdırlar.

 

İkinci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilən  ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.

 

Bu mərhələdə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək.  

 

Qeyd edək ki, “TOP-10”-a vəsiqə qazanan müəllimlərin təkcə onlayn səsvermə ilə deyil, həm də yüksək nüfuza malik  elm və təhsil xadimlərindən ibarət komissiya tərəfindən dəyərləndirilməsidir. Həmçinin, qalib adı uğrunda mübarizədə onlayn səsvermə qaydalarında da müəyyən dəyişiklər ediləcək. Belə ki, ilk onluğa vəsiqə qazanan müəllimlərin hər biri qısa video materiallar hazırlayacaq və onlayn səsverməyə həmin videolar çıxarılacaq. Video-bloq materiallarında  tədrisin səmərəli təşkili, təhsilə orijinal yanaşma, kreativ metodlar öz əksini tapmalıdır. TOP-10-dakı səsvermədə 20 bal onlayn səsvermənin nəticələrinə görə, 80 bal isə təhsil xadimlərinin qiymətləndirilməsinə görə veriləcəkdir.

 

Münsif və ekspertlərin adları hər il olduğu kimi bu il də gizli saxlanılacaqdır.

 

Qeydiyyat formuna buradan daxil olmaqla, müsabiqəmizdə iştirak edə bilərsiniz!

 

Müsabiqədə 39 (39 yaş da daxil olmaqla) yaşadək olan müəllimlər iştirak edə bilər. 

 

Müsabiqədə iştirak etmək istəyənlər üçün son qeydiyyat tarixi: 20.02.2024

 

QEYD: Formu doldurduqdan sonra özünüz haqqında ətraflı məlumatı AzEdu.az Təhsil Portalının rəsmi elektron ünvana göndərə bilərsiniz: [email protected]

 

Linkə keçid edərək formu doldura bilərsiniz: https://docs.google.com/forms/d/17jbnZdVrOO-eXw97wOUc82TSHA9W3VxZnmc6h_6Km3s/edit