Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 09:07:32
“Tarixdə bu gün” - 19 fevral...

Tarixdə bəzi əhəmiyyətli hadisələrin başlanğıcı, yaranması bəzən heç də hər kəsə məlum olmur.  

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır. 

 

19 fevral tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

19 fevral 1878-ci ildə Tomas Edison fonoqrafı patentləşdirib: 

 

Fonoqraf səsin yazılması və dinlənilməsi üçün ilk qurğu olub. Bu Tomas Alva Edison tərəfindən icad edilərək 1877-ci il noyabrın 21-də ictimaiyyətə təqdim olunub. Fonoqrafın inkişafı nəticəsində qramafon və patefon  meydana gəlib.

 

19 fevral 1986-cı ildən bəri Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü qeyd olunur: 

 

Bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri və dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur. 200 il ərzində balinaların məhv edilməsindən sonra Beynəlxalq balinalar komissiyası onların ovlanmasına qadağa qoymuşdur. Bu qadağa hələ də qüvvədədir və iri balinaların ovlanması və balina ətinin ticarəti qanunla qadağan edilmişdir. Hər il müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları balinaların və digər su məməlilərinin mühafizəsinə diqqəti cəlb etmək məqsədilə çoxsaylı aksiyalar keçirirlər.

 

1988-ci il fevralın 19-da Bakıda erməni separatçılığına qarşı  ilk etiraz mitinqi keçirilib:

 

Nümayiş iştirakçıları “Qarabağ bizimdir!” şüarlarını səsləndirirdilər. Məhz bu aksiyanın fonunda Bakıda və Dağlıq Qarabağa yaxın rayonlarda başlayan kütləvi aksiyalar sonda xalq hərəkatına çevrildi. SSRİ rəhbərliyinin ermənilərə dəstək verməsi xalq hərəkatının alovlanmasına və nəticədə Azərbaycanın müstəqil olmasına səbəb oldu. 

Fevralın 19-dan sonra hadisələrin yüksək xətlə cərəyan etdiyini görən SSRİ rəhbərliyi ermənilərin də iştirakı ilə Sumqayıt hadisələrini təşkil etdi. Ermənilərin Sumqayıt hadisələrinin azərbaycanlıların tərəfindən törədilməsi cəhdləri heç bir nəticə vermədi. Başlanan xalq hərəkatının qarşısını almaq üçün aparılan siyasət sonda məğlubiyyətlə nəticələndi. 

 

19 fevral 1933-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev şəhidlik zirvəsinə ucalıb:

 

Y.Mirzəyev 1958-ci il 23 may Babək rayonunun Böyükdüz kəndində anadan olub. O, 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirib. 1988-ci illərdə Xalq Hərəkatına qoşulur. 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnir. 1 uşaq atası Yusif könüllü olaraq cəbhəyə yollanır. 

 

Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir. Qısa zamanda taborun ən adlı sanlı döyüşçüsünə çevrilir. Yusif 14 nəfərlik dəstə ilə əksər döyüşlərdə iştirak edir. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətində çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünür.

 

Böyrəklərindəki xəstəlik şiddətləndikdən sonra onu bir müddət müalicə olmağa razı sala bilirlər. O, Şəmistan Əlizamanlı ilə bir otaqda müalicə alır. Onun vəziyyətini yaxından izləyən həkimi Yusif üçün bir mahnı yazır. Dinlədikdən sonra mahnını çox bəyənən Mirzəyevə Şəmistan Əlizamanlı mahnını ifa edəcəyinə və ona həsr edəcəyinə söz verir. Daha sonra Yusif müalicəsini yarımçıq saxlayır və yenidən cəbhəyə yollanır.

 

"Bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir."- deyir

Bakıda Yusifə müxtəlif vəzifələr təklif edilsə də, o, razı olmur. 1993-cü ilin fevralın 19-da Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən özü şəhid olur.

 

19 fevral 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Sədiyev şəhid olub:

 

O, 1961-ci ilin iyunun 6-da Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur.

 

Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olub. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak olub. 

 

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.