Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 11:35:00
Tələbələrin akademik məzuniyyətə çıxma səbəbləri - SAY

Tələbələrin təhsil aldıqları müddətdə müəyyən səbəblərə görə akademik məzuniyyət götürmək hüququ var.

 

Maraqlıdır, tələbələr hansı hallarda və neçə müddətlik akademik məzuniyyətdən yararlana bilər?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq  Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirilib ki, mərkəzləşmiş informasiya sistemində əks olunan məlumatlara əsasən cari ildə akademik məzuniyyətdə olan tələbələrin ümumi sayı 8294-dür:

 

“Belə ki, onlardan 4452 nəfəri müddətli həqiqi hərbi xidmətə görə, 1247 nəfəri ailə vəziyyətinə, 302 nəfəri səhhətinə, 176 nəfəri sosial məzuniyyətə və 2045 nəfəri isə digər səbəblərə görə akademik məzuniyyət götürüb.

 

Mərkəzləşmiş informasiya sisteminə 2014-cü ildən etibarən daxil edilmiş məlumatlara əsasən təhsil müəssisələrindən 30786 tələbə xaric olunub. Həmçinin 1093 tələbə təhsilini başa vura bilməyib”.

 

Qeyd edək ki, məlumatlar orta ixtisas, ali təhsilin bakalavriat və magistratura səviyyələri əhatə edir. Təqdim olunan statistika yalnız mərkəzləşmiş informasiya sisteminə daxil edilmiş tələbələrin məlumatlarını əks etdirir.