Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-13 09:58:05
Xaricdə pulsuz təhsil - Kimlər, necə müraciət edə bilər?

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra “2022-2026 Dövlət Proqramı”) təsdiq olunmuşdur.

 

Dövlət Proqramına müraciət qaydaları, eləcə də meyarlar, imkanlar barədə AzEdu.az Təhsil Portalı olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə saxladıq.

 

Sualları təqdim edirik...

 

- Dövlət Proqramının əsas məqsədi nədən ibarətdir? Proqramın icrası müddətində neçə tələbənin təhsil alması nəzərdə tutulub?

 

- Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

 

Proqramın icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulmuşdur. Ümumilikdə “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanmışdır.

 

13 noyabr 2023-cü il tarixində 2024/2025-ci tədris ili üzrə “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq edilərək ictimaiyyətə təqdim olunmuşdur.

 

Qeyd edək ki, proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə, semestrin başlanmasına azı 6 (altı) ay qalmış Elm və Təhsil Nazirliyinin, Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi internet saytında və sosial media hesablarında verilir”.

 

- Dövlət Proqramına kimlər, necə müraciət edə bilər?

 

- "2022-2026 Dövlət Proqramı”na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər. Proqrama müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçiriləcəkdir.

 

 

- Namizədlər hansı meyarlara cavab verməlidir?

 

- 2022-2026 Dövlət Proqramı”na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə aidiyyatı tələb olunan sənədləri təqdim etməlidirlər. Tələb olunan sənədlərə dair məlumat:

https://dp.edu.az/uploads/fileuploads/2023/11/43cb30f6449f413fa2abba1781c579e8.pdf

 

- Dövlət Proqramı ilə təhsil alan gənclərə hansı imkanlar təqdim olunur? Təqaüd hansı əsaslarla formalaşır?

 

- Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu və proqramın ümumi idarəçiliyi isə Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən həyata keçirilir. Proqram iştirakçılarının aşağıdakı xərcləri Dövlət Proqramı tərəfindən maliyyələşdirilir: O cümlədən; Təhsil xərcləri; Viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri; Aylıq yaşayış xərcləri; Tibbi sığorta xərcləri; Beynəlxalq nəqliyyat xərcləri; Bank və plastik kart xərcləri.