Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-09 09:13:00
ADU-da imtahandan kənarlaşdırılan tələbələr üçün YENİ QƏRAR

Məlum olduğu kimi, ali təhsil müəssisələrində qış imtahan sessiyası yekunlaşıb.



Maraqlıdır, semestr imtahanlarında nizam-intizamı pozan tələbələrin aqibəti necə olur?



Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Cavid Zeynallı AzEdu.az-a danışıb:


“Azərbaycan Dillər Universitetində müvafiq qaydalar üzrə nizam-intizamı pozan tələbələrin işləri ləğv olunur. Onlar intizam protokoluna imza çəkirlər. Tələbələr alt qrupda və yay məktəbində o fənni yenidən dinləyərək imtahan verə bilirlər.

 

Bu il rektorun qərarı ilə nizam-intizam qaydalarını pozaraq, imtahdan kənarlaşdırılan tələbələr də 25% -dən keçərək kəsirlərini bağlaya bilərlər. Yəni həmin tələbələrə yenidən imtahan təşkil olunacaq".