Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-08 10:52:00
“Tarixdə bu gün” - 8 fevral...

Hər gün bir tarix ilə xatırlanır. Tarixlərin əhəmiyyətlilik dərəcəsi onları bir-birindən ayırır.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

8 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

8 fevral 1924-cü ildə Bakıda ilk tramvay yolu istifadəyə verilib:

Açıklama yok.

Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi. Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək Aleksandr Lisovski soyadlı bir şəxsə nəsib olub. O, xatirələrində yazır ki, birinci bir neçə saatı sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib. 1925–26-cı ildə Bakı tramvayları 50 milyondan artıq sərnişin daşıyırdı. 1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında trolleybus xətti salındı, 1960-cı ildən tramvay parkının nəzdində funikulyor fəaliyyətə başladı. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı.

 

8 fevral 2005-ci ildə Abşeron Milli Parkı yaradılıb:

 

Açıklama yok.

Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. Bu ərazini çox vaxt tanıtmaq üçün Azərbaycan xəritəsindəki "qartalın dimdiyi" də deyirlər. Rəvayətə görə əvvəllər bura yüksək mənsəbli əyanlar, o cümlədən şahlar (xanlar) ova gələrmiş. Ona görə də buranı yerli əhali Şah dili adlandırır.

 

8 fevral 2013-cü ildə Azərbaycanın ilk rabitə peyki Azerspace-1 Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə orbitə buraxılıb:

Açıklama yok.

Çəkisi 6521 kq olan "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır, Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada 40-dan çox ölkədə 180-dən çox müştəriyə xidmət göstərilir. "Azerspace-1"in istismar müddəti azı 17 ildir. Ümumilikdə 230 milyon ABŞ dollarına başa gələn peyki Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub.

 

8 fevral Sloveniya preşern günü kimi qeyd olunur:

Açıklama yok.

8 fevralın Sloveniya mədəniyyət bayramı elan olunması təklifini, Sloveniya Azadlıq Cəbhəsinin mədəniyyət işçisi Boqomil Gerlants tərəfindən 1945-ci ilin yanvar ayında Çrnomel şəhərində irəli sürülüb. Sloveniya Milli Azadlıq Şurası Rəyasət Heyətinin 1 fevral 1945-ci il qərarı ilə 8 fevral Mədəniyyət bayramı elan olundu. Bayram YSFR dövründə də Sloveniya Sosialist Respublikasında dövlət bayramı hesab olunurdu, eyni zamanda Karintiya (Avstriya) və İtaliyada sloven icmaları tərəfindən də qeyd olundu.