Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 17:10:00
UFAZ-da “Demo Day” keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə IGNITE inkubasiya proqramını uğurla bitirən 6 startap komandası (“BronKing”, “Bron.”, “Connectify”, “KingJob”, “Bonjur” və “Eathanos”) innovativ ideyalarını və ilkin məhsullarını jüri üzvlərinə, potensial investorlara və partnyorlara təqdim ediblər.

 


Startapçılar təqdimatlarını başa vurduqdan sonra münsiflər heyətinin suallarını cavablandırıblar. Təqdimatlar və sual-cavab əsasında startapları qiymətləndirib və iki qalib müəyyən ediblər.

 

Tədbirin sonunda qalib startapların adları açıqlanıb. Birinci yerə “Bron.”, ikinci yerə isə “Eathanos” startapı çıxıb. Hər iki startap 5000 manat məbləğində ilkin toxum investisiya əldə edib.

 

Qeyd edək ki, IGNITE inkubasiya proqramı Azərbaycan-Fransiz Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən və ideya mərhələsindən minimum həyat qabiliyyətli məhsul mərhələsinə qədər yüksəlmək
istəyən startaplar üçün nəzərdə tutulan üç aylıq bir proqramdır.