Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 15:02:00
Dağlıq Şirvan regionunda nə qədər təhsil müəssisəsi var? - RƏSMİ

Dağlıq Şirvan regionunda 49 məktəbəqədər, 244 ümumi təhsil, ümumilikdə 293 müəssisə fəaliyyət göstərir.



Bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib.



Qeyd olunub ki, Dağlıq Şirvan regionunda məktəbəqədər təhsil müəssisələrində 1952, ümumitəhsil məktəblərində 44120, ümumilikdə isə 46072 uşaq təhsil alır. Məktəbəqədər təhsilverənlərin sayı 198 nəfər, ümumi təhsildə isə 5765 nəfərdir. Ümumi 5963 nəfər təhsilverən müəllim var.