Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 12:45:00
“Tarixdə bu gün” - 6 fevral necə yadda qalıb?

Tarixdə yaşananlar ya xoş, ya da acı xatirələrlə xatırlanır. Xatırlananda hansı emosialar doğurmasından asılı olmayaraq, yaşanmış, tarixə keçmiş hər gün əhəmiyyətlidir.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

6 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

6 fevral 1955-ci ildə Azərbaycan maarifçi Həmidə Məmmədquluzadə vəfat edib:

Açıklama yok.

 

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində maarifçi ziyalı, tarixçi Əhməd ailəsində dünyaya gəlib. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, yüksək intellektə, geniş dünyagörüşə malik olub.  İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə getmişdi. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl ömür sürmüşdü.

 

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub.

 

6 fevral 1970-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov anadan olub:

Açıklama yok.

Mirəsgər Seyidov 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirib. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. O, könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşub. Düşmənin xeyli canlı qüvvəsini məhv edərək dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülub. Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Oxuduğu 39 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Hal-hazırda Mirəsgır Seyidov adına 15 nömrəli məktəb kimi tanınır.

 

6 fevral 1980-ci ildə Azərbaycan kontra-admiralı Cəlil Cavadov vəfat edib:

Açıklama yok.

Cəlil Məmmədəli oğlu Cavadov 1918-ci il avqustun 1-də ziyalı ailəsində anadan olub. O, 1929-cu ildə Fatmayı kəndində məktəb bitirmiş, 1930–1935-ci illərdə Bakıda N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində oxumuşdur. 1936-cı ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutuna daxil olub. 1937-ci ildə institutun 1-ci kursunu bitirəndən sonra komsomol göndərişinə əsasən Sevastopol şəhərindəki P.S.Naximov adına Qara Dəniz Ali Hərbi-Dənizçilik məktəbinə daxil olub.

 

Qeyd edək ki, Cəlil Cavadov Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak etmişdir. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunub. Azərbaycan və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral olub.  

 

6 fevral 2023-cü ildə Türkiyədə dağıdıcı zəlzələ olub:

 Açıklama yok.

Türkiyədə 7,7 və 7,6 bal gücündə baş verən zəlzələ Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa, Suriyanın İdlip, Hələb, Hama və Latakia rayonlarını əhatə etdi. Şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silindi, Türkiyədə 50 mindən çox, Suriyada isə 9 minədək insan həyatını itirdi.