Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-05 15:05:00
“Tarixdə bu gün” - 5 fevral nələr baş verib?

Tarixin elə günləri olur ki, həmin gündə bir yox, bir neçə əhəmiyyətli hadisə baş verir.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

 

5  fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

5 fevral 1918-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev anadan olub:

 

 Açıklama yok.

Qara Qarayev məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevin ailəsində anadan olub. 1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə (professor Georgi Şaroyevin sinfi), 1935-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxumuşdur.

 

5 fevral 1930-cu ildə Azərbaycan xanəndəsi Əlibaba Məmmədov anadan olub:

 

Açıklama yok.

 

Əlibaba Məmmədov 128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən Türkmənistan Respublikasının Nəbitdağ mədənlərində işləməyə göndərilib. O, musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.

 

1968-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Niyazinin təşəbbüsü ilə "Hümayun" Xalq Çalğı Alətləri Ansamblını yaradıb və onun bədii rəhbəri olub.

 

5 fevral 1939-cu ildə Azərbaycan yazıçısı Rüstəm İbrahimbəyov anadan olub:

 Açıklama yok.

Rüstəm İbrahimbəyov Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.  1989-cu ildə əsası qoyulan "İbrus" şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.

 

5 fevral 1960-cı ildə Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universiteti yaradılıb:

 

 Açıklama yok.

 

47 ölkədən olan ilk 288 tələbə 1965-ci ildə bu universiteti bitirib. 1975-ci ildə universitetin 5600-dən çox məzunu var idi. Onlardan 4250 məzun 89 xarici ölkədən idi. Həmin il universitet Asiya, Afrika və Latın Amerikası ölkələri üçün mütəxəssislərin hazırlanması xidmətinə görə "Xalqlar Dostluğu" ordeni ilə təltif edilir.

5 fevral 1992-ci ildə universitetin adı dəyişdirilərək Rusiya Xalqlar Dostluğu Universiteti adlandırılır. Universitet Rusiya Federasiyası Hökuməti tərəfindən təsis edilir.

 

5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib:

 Açıklama yok.

Azərbaycan sözünün mənşəyi mövzusunda fərqli tarixi mənbələrlərdən əldə olunmuş müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan əmələ gəlib.  Bəziləri güman edir ki, Azər pəhləvi dilində "atəş", bayqan isə "keşikçi" və ya "atəş mühafizəçisi" deməkdir və beləliklə, söz "atəş məbədi" və ya "atəş mühafizəçisi" deməkdir, hansı ki, həqiqətə uyğundur, çünki bu ərazidə atəş məbədləri çox olub. Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir, hansı ki, ərəblər Azər-Babəcan kimi tələffüz edir və "Babəkin atəşi" deməkdir. Bəzi mənbələrə görə isə Azərbaycan adının kökü Xəzərlərə gedib-çıxır. "Xəzərbeyçan" sözü getdikcə fleksiyaya uğrayaraq "Azərbaycan" adını aldığı düşünülür. Hətta Türkmənistanda hələ də Azərbaycana "Xəzərbaycan" azərbaycanlılara isə "xəzərbaycanlı" deyilir.