Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-05 10:19:29
Bu gün geomaqnit qasırğası gözlənilir

Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksəksürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.

 

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından AzEdu.az-a verilən məlumata görə, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.