Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-23 14:06:00
Azərbaycan təhsilində ilk – Bu mərkəz gələcəyin böyük elmi layihələrini həyata keçirəcək

Texnoparklar bir və ya bir neçə universitetlərin, elmi-tədqiqat institutlarının birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədə olub tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərən bir mühit formalaşdıran bir quruluşdur.

Azərbaycanda universitet tabeliyində  ilk  Texnopark keçmiş Qafqaz Universitetinin tərkibində yaradılıb.

Qafqaz Universiteti Bakı Mühəndislik Universitetinə çevrildikdən sonra Texnopark fəaliyyətini necə davam etdirir?

Bakı Mühəndislik Universitetindən AzEdu.az-a verilən məlumata görə, Texnopark hazırda BMU-nun tərkibində eyni hüquqlarla fəaliyyətini davam etdirir. Beləliklə, BMU Texnoparkı Universitet qurulduğu tarixdən etibarən fəaliyyət göstərməklə yanaşı, Azərbaycanda universitet daxilində ən aktiv fəaliyyət göstərən Texnoparkdır.

BMU Texnoparkı Universitetin professor-müəllim və tələbə heyəti ilə biznesin əlaqələrini, innovasiyaların formalaşdırlması və inkişafı istiqamətlərində, inkişaf etdirir. Bu zaman Universitetin tədris və araşdırma potensialı dəyərləndirilir, biznesin (həmçinin cəmiyyətin) tələb və ehtiyacları, o cümlədən digər problemlərin həlli istiqamətində yeni və daha səmərəli nəticələr əldə edilməsi üşün əlverişli mühit (ekosistem) formalaşdırılır, BMU-nun elmi təchizat imkanlarının faydalı iş əmsalını artırmaq üçün professor-müəllim və tələbə-magistr heyəti real və kommersiyalaşdırıla bilən araşdırma işlərinə cəlb edilir, professor-müəllim heyəti və tələbələr sahibkarlıq fəaliyyətinə təşviq edilir və dəstəklənir.

Qeyd olunanları təmin etmək üçün, Texnopark aşağıdakı layihə və tədbirləri həyata keçirir:

"Yeni Fikir" Startap Müsabiqəsi (YFM): - Bakı Mühəndislik Universiteti (BMU) tərkibində fəaliyyət göstərən Texnoparkda ekosositemin formalaşdırılması, o cümlədən intellektual kapitalın və innovativ sahibkarlığın, həmçinin təşəbbüskarlığın inkişaf etdirilməsi məqsədi ilə təşkil edilir. İldə bir dəfə keçirilən YFM-də təkcə BMU məncubları deyil, biznes ideyası olan hər kəs iştirak edə bilir. YFM-yə indiyə kimi 900-ə yaxın layihə cəlb olunub. Onlardan perspektivli hesab olunan startap layihələri müxtəlif formada (toxum investisiya və inkbasiya xidmətləri ilə) dəstəklənib.

"İnnovasiya ekosisteminin qurulması" mövzusunda seminar: -   Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən, 19-21 oktyabr 2017-ci il tarixlərində "İnnovasiya ekosisteminin qurulması" mövzusunda seminar keçirilib. Seminarın təşkil olunmasında əsas məqsəd innovativ ekosistemin yaradılmasının elementlərindən olan insan kapitalının inkişaf etdirilməsi və insan kapitalının inkişafında iştirak edən fiziki və texnoloji infrastrukturun təkmilləşdirilməsi istiqamətində maarifləndirmə aparılması idi.

"Bootcamp"ların təşkili: - BMU Texnopark son bir il ərzində yeni startap layihələrin yetişdirilməsi və ortaya çıxarılması üçün 5 dəfə “Startup Bootcamp” həyata keçirib. “Lean Startup” metodikasına əsaslanan bu proqramlara ümumilikdə 250-dən çox tələbə qatılıb və nəticədə 26 yeni startap layihəsi formalaşıb. Layihələrdən yüksək potesialı olan startaplar BMU texnoparkında inkubasiya proqramına cəlb edilib və hazırda bəziləri texnoparkdan məzun edildiyi halda, bəziləri isə fəaliyyətlərini texnopark rezidentləri olaraq davam etdirirlər.

BMU Texnoparkının strateji  inkişaf planının hazırlanması: - BMU Texnoparkının strateji inkişaf planı əməkdaşlarla müştərək müzakirələrin nəticəsi olaraq yaradılmışdır. BMU Texnopark innovasiya, sahibkarlıq, əməkdaşlıq və onların cəmiyyətə gətirəcəyi dəyişikliklərə inanır. Bu Texnopark BMU və Azərbaycandakı digər ali təhsil müəssisələrinin kampuslarında yüksək texnologiya və sahibkarlıq təhsili imkanlarını yaratmaq, startaplara zəngin ekspertiza ilə dəstək vermək, innovasiya və sahibkarlıq mədəniyyətini yetişdirir və bəsləyir. Təklif olunan starteji plana əsasən BMU-nun Sahibkar Universitet modelində inkişaf etdirilməsi nəzərdə tutulub.

"İnnovasiya sahibkarlığı və texnoparklar" adlı kitabın nəşri: - BMU Texnoparkında müdir müavini vəzifəsində çalışan dosent İsa Qasımov Texnoparkda işlədiyi zaman, o cümlədən ABŞ, Hindistan, Türkiyə, Fransa, Polşa və digər ölkələrdə müşahidə etdiyi texnopark təcrübələrindən qazandığı bilik və bacarıqlardan faydalanaraq universitetin müəllimi Fərid Cəbiyev ilə birlikdə "İnnovasiya sahibkarlığı və texnoparklar" adlı kitabı yazıblar. Kitab BMU-nun nəşri kimi, dərs vəsaiti kimi nəşr olunub.

"Semestrin ən uğurlu layihəsi" müsabiqəsinin təşkili:  - Yenilikçi yanaşmaların genişləndirilməsi, eləcə də professor-müəllim heyəti və tələbələr arasında innovativ təşəbbüskarlığı təşviq etmək üçün dərslərin layihə əsaslı qurulması əhəmiyyətli məqamlardandır. Bu müsabiqədə tədris prosesində (semestr müddətində) ortaya çıxan qənaətbəxş layihələr iştirak edir.

İndiyə kimi, 50-dən çox startapın inkişafına dəstək verilib, 20 fərqli rezidentin innovasiya fəaliyyətlərinə şərait yaradılıb. Hazırda Texnoparkda 10 müxtəlif startap və rezidenti işinə dəstək verilir.  Rezident və startapların fəaliyyətində Universitetin professor-müəllim heyəti və tələbələri birbaşa və ya müxtəlif layihələr əsasında iştirak edir.

İşgüzar mühitin inkişafı üçün ölkədaxili və xarici tərəfdaşlarla iş inkişaf etdirilir, işgüzar şəbəkə gücləndirlir.

Bakı Mühəndislik Universitetinin Texnoparkı tərkibində İnkubasiya Mərkəzi fəaliyyət göstərir.

BMU, o cümlədən BMU Texnoparkda startap ekosisteminin formalaşdırılması və inkişafı; tələbə və müəllimlərin, eləcə də digər maraqlı tərəflərin biznes ideyalarının inkişafını təşviq etmək və dəstəkləmək üçün qurulub. İnkubasiya Mərkəzi əsasən Universitetin (o cümlədən BMU Texnoparkın)  iş prinsipləri ilə fəaliyyət göstərsə də, bazarın və isifadəçilərin, həmçinin maraqlı tərəflərin tələb və ehtiyaclarına uyğun yanaşmalara da açıqdır.

Qəbul olunan Startuplar üçün dəstək növləri:

Mentor, “network”, toxum investisiya və investor, ofis şəraiti (cihaz, internet, mebel və s.), laboratoriya, kitabxana, seminar və iclas salonları, xarici bazara çıxış imkanları, təlim və akademik dəstək xidmətləri, həmçinin BMU-nun sosial imkanlarından istifadə və s.

Seçim kriteriyaları, seçim prosesi və sektorlar:

Layihənin innovativliyi və təcrübi əhəmiyyəti, komandanın mövcudluğu və əzmkarlığı, iddianın əlavə dəyər formalaşdırma potensialı, bazara çıxış  potensialı və s.

İnkubasiya Mərkəzinə startapların cəlb olunması iki istiqamətdə aparılır:

Yeni Fikir startap müsabiqəsi və BMU-da keçirilən digər innovativ xarakterli müsabiqələrdə qalib gələn startapların inkişafı üçün təklif edilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları