Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 13:53:17
Prezident mükafatının sahibindən gənclərə ÇAĞIRIŞ: Maneələrdə ilişib qalmayın

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları veriləcək.

 

Prezident mükafatçılarından biri olan Allahverdiyev Ayxan Elman oğlu AzEdu.az-a təəssüratlarını bölüşüb.

 

Ayxan Allahverdiyev ilk növbədə göstərilən diqqət və etimad üçün təşəkkürünü bildirib:

 

“Burada əsas hədəf sədəcə olaraq gəncliyin inkişafıdır. Bu gün ölkənin gələcəyi üçün hər birimiz çalışırıq və çalışmalıyıq. Bu xəbər mənim üçün gözlənilməz oldu. İlk növbədə cənab Prezident olmaqla hər kəsə dərin minnətdarlığımı bildirirəm. Göstərilən diqqəti və etimadı hər zaman doğruldacağıma söz verirəm".

 

Həmsöhbətimiz gənclərə tövsiyələr verib:

 

"Gənclər üçün tövsiyələrim ondan ibarətdir ki,  heç vaxt qarşılarına çıxan əngəllərə meyil etməsinlər. Problemlər hər zaman insanı yetişdirir, daha da bacarıqlı şəkildə inkişaf etdirir. Əsas məsələ qarşımıza çıxan maneələrdə ilişib qalmamaqdır. Hər zaman səbirli olmaq lazımdır. Çünki bəzi şanslar hər kəsin əlinə düşmür. Qarşılarına çıxan hər şansı maksimum şəkildə dəyərləndirmələrini gənclərimizə tövsiyə edirəm”.

 

Qeyd edək ki, Allahverdiyev Ayxan Elman oğlu Azərbaycan Texniki Universitetinin (AzTU) 2020-ci ildə Metallurgiya və materialşünaslıq fakültəsini bitirib.

 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ayxan Allahverdiyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

Hazırda "Gənc Könüllülər" İctimai Birliyinin sədridir.