Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 09:08:22
Türkiyənin Gəncədəki Baş konsulu MDU-nun qonağı olub

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Mingəçevir Dövlət Universitetində (MDU) olub. Ziyarət çərçivəsində Baş konsul universitetin rektoru Şahin Bayramovla görüşüb. Görüşdə universitetin müvafiq əməkdaşları, eləcə də MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar iştirak ediblər.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, baş konsulun universitetə gəlişindən məmnunluğunu bildirən Ş.Bayramov təhsil sahəsinə verdiyi önəmə görə qonağa təşəkkür edib. MDU-nun mövcud potensialından və strateji hədəflərindən bəhs edən rektor müasirləşmə yolunda qardaş Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən R.Öztop MDU-da olmaqdan məmnunluğunu bildirib. Baş konsul qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan- Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini qeyd edib, ali təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışıb.

 

Sonra görüşdə MDU-nun Türkiyə universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsinin potensial istiqamətləri barədə fikir mübadiləsi aparılıb və bu istiqamətdə Bas Konsulluğun müvafiq dəstəyi ifadə edilib.

 

Qeyd edək ki, MDU-nun beynəlxalq əməkdaşlığında qardaş ölkənin universitetləri ilə işbirliyinin inkişafına xüsusi önəm verilir.