Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-31 08:46:05
9 yaşlı uşaq su anbarına düşdü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində 1 nəfərin su anbarına düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

AzEdu.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

 

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2015-ci il təvəllüdlü Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək təhlükəli vəziyyətdə qalıb.

 

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələrilə uşağı anbardan çıxararaq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıblar.

 

https://www.youtube.com/watch?v=2MDEjysfM8A