Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-30 15:53:00
Dəm qazı yenə can alır - Vətəndaşlar bu nüanslara diqqət etsinlər!

Demək olar ki, havalar soyuyan kimi dəm qazından zəhərlənmə, ölüm hadisələri barədə məlumatları hər gün eşidirik. Dəm qazı qurbanları arasında hər yaş qrupunda insan var. Təəssüf ki, adı çəkilən zəhərlənmə halları tələbə evlərində daha çox rast gəlinir.

 

Maraqlıdır, dəm qazından qorunmaq üçün nələrə diqqət etmək lazımdır?

 

Məsələ ilə bağlı  “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev AzEdu.az-a açıqlama verib:

 

“Ümumiyyətlə dəm qazından zəhərlənmə kimi hadisələrlə ilin istənilən fəslində rastlaşmaq olar. Bunun da əsas səbəbi abunentlərin texniki şərtin qaydalarından kənəra çıxmalarıdır. Konkret olaraq texniki şərtdə göstərilir ki, cihazın istifadəsi üçün hansı həcmdə kvadrat, necə şərait lazımdır.

 

Qaz xətlərinin mənzil daxilində yerlərinin dəyişdirilməsi, mətbəxlərdən eyvanlara kustar üsulu ilə çıxarılması və s. kimi hallar qazın sızmasına, dəm qazından boğulma hallarına səbəb ola bilir”.

 

Eldəniz Vəliyev qeyd edib ki, dəfələrlə mətbuat konfranslarında, açıq mikrafon aksiyalarında, eyni zamanda verilən açıqlamalarda vətəndaşlara texniki şərtlərdən kənara çıxmamaları bildirilib:

 

““Azəriqaz” İstehsalat Birliyi olaraq bizə təqdim olunan qaydalara əsaslanaraq yanvar ayının əvvəllərindən evlərdə texniki müayinələrin aparılmasına start vermişik. Bu texniki müayinələr zamanı vanna otaqlarında "pitiminutqa" dediyimiz istilik qurğusunun istifadə hallarına son qoyulmasını tövsiyə edirik. Bunu akt şəkildə abunetlərə bildiririk ki, 30 gün müddətinə bu kimi halların aradan qaldırılmasını icra etsinlər. Xüsusilə balaca vanna otaqlarında adıçəkilən qurğudan istifadə qadağandır”.

 

Həmsöhbətimiz bildirib ki, abunentlərin əksəriyyəti vanna otağının qapısında xüsusi dəliklərin və havalandırma sisteminin işlək vəziyyətdə olması kimi parametrlərə diqqət etmirlər:

 

“Çünki vanna otaqları çox böyük həcimdə olmur. Xüsusi havalandırma, eyni zamanda qapılara dəliklər lazımdır ki, qazın yanması üçün normal səviyyədə oksigen olsun. Bu parametrləri gözləmədiklərinə görə, xüsusən qış aylarında dəm qazından boğulma hallarının sayında bir az artım müşahidə edilir. Sizin vasitənizlə abunətlərdən xahiş edirik ki, bu kimi hallara yol verməsinlər”.