Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-30 13:56:00
İlk genişmiqyaslı kompüter virusunu kim yaradıb?  

Tarixin səhifələrini vərəqləyəndə ilklərə imza atan şəxslərlə qarşılaşırıq. Qlobal səviyyədə elmə, iqtisadiyyata, sənayeyə, idmana eləcə də turizmə tövhə verən şəxslərin adları tarixi əhəmiyyətli hadisə kimi yaddaşlara həkk olunur.

 

AzEdu.az Təhsil Portalı ilkə imza atanlar barədə məlumatlar verməyə davam edir.

 

Riçard Skrenta adlı məktəbli 1982-ci ildə Elik Kloner virusunu yazan şəxs olub:   

 

Riçard 6 iyun 1967-ci ildə Pittsburqda anadan olub. Mt. Lebanon High School-da oxuyarkən Apple II kompüterlərini yoluxduran Elik Kloner virusunu yazıb. Onun indiyə qədər yaradılmış ilk genişmiqyaslı öz-özünə yayılan fərdi kompüter viruslarından biri olduğu iddia edilir.

 

Bu virus DOS əməliyyat sisteminə yoluxmaqla yayılırdı. Proqram virusa yoluxmamış disketə rast gələn kimi özünü həmin disketə köçürürdü.

 

Virusun təsirindən ilk zərər görənlər Riçardın dostları və tanışları, həmçinin onun riyaziyyat müəllimi olmuşdu.

 

Qeyd edık ki, Skrenta 1989-cu ildə Şimal-Qərb Universitetində Kompüter elmləri ixtisasından məzun olub. O, 1989 və 1991-ci illər arasında Skrenta Amiga Unix ilə Commodore Business Machines-də fəaliyyət göstərib.

 

O, 2015-ci ildə IBM həm Blekko şirkətini, həm də Watson kompüter sistemi üçün axtarış sistemini satın alıb. Həmçinin Skrenta dünyada TASS-ın inkişafındakı rolu ilə tanınır.