Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-30 13:07:51
Məktəblinin döyülməsi barədə DİN-dən AÇIQLAMA

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 75 saylı tam orta məktəbin 8-ci sinif şagirdinin 7 yeniyetmə tərəfindən döyüldüyü iddia olunur.

 

Hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə məlumat daxil olub.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev AzEdu.az-a açıqlama verib.

 

Bildirilib ki, şagirdi döyən 7 yeniyetmədən izahat alınıb:

 

"Yanvarın 29-da Sabunçu rayon Zabrat qəsəbəsi sakini ərazi üzrə polis orqanına müraciət edərək cari il yanvar ayının əvvəlində 14 yaşlı oğlunun birlikdə hazırlığa getdiyi yeniyetmə tərəfindən döyüldüyünü və döyülməsini əks etdirən görüntüləri yayacağı hədəsi ilə ondan müxtəlif məbləğlərdə pul aldığını qeyd edib.

 

Daxil olan müraciətlə əlaqədar təhqiqat araşdırması başlanılıb. Hadisə yerinə baxış keçirilib, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib, hadisə iştirakçılarının izahatları alınıb. Hazırda təhqiqat araşdırmaları davam etdirilir”.