Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-30 12:56:18
Şagirdlər müsabiqədə uğur qazanaraq final mərhələsinə vəsiqə qazanıblar

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan 15 nəfər şagird "Kod saatı" hərəkatı çərçivəsində həyata keçirilmiş “Rəqəmsal gələcəyə addım” müsabiqəsində uğur qazanaraq final mərhələsinə vəsiqə qazanıblar.

 

Bu barədə AzEdu.az-a Dağlıq-Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd edək ki, onlardan 10 nəfəri Şamaxı, 5 nəfəri isə İsmayıllı rayon ümumtəhsil məktəblərində təhsil alır.