Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-30 11:56:05
Üçüncü “Yüksəliş” in qalibləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib.

 


AzEdu.az xəbər verir ki, İqtisadiyyat naziri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə ilk görüşünü keçirib.

 


İqtisadiyyat naziri qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edən nazir qaliblərin fərdi inkişaf planlarının müəyyənləşdirilməsi, idarəçilik səriştələrinin artırılması üzrə perspektiv fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib.

 


Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, bu sahədə bilik və bacarıqların əldə edilməsində Mentorluq proqramının faydalı olacağını vurğulayıblar. İqtisadiyyat naziri qaliblərə idarəçilik sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 


Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21- 51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

 


Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023- cü il tarixində Sərəncam imzalanıb.