Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-30 11:07:00
 “Tarixdə bu gün” - 30 yanvar nələr baş verib?

Dünəndə baş verən hadisələr bu günümüzün formalaşmasında bilavasitə rola malikdir. İstər kəşflər, istər elmi yeniliklər, istərsə də bu gün tarixi şəxsiyyət kimi tanıdığımız, ölkənin, dünyanın rifahı üçün çalışmış şəxslərin doğumu, vəfatı əhəmiyyətli gün hesab olunur.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

30 yanvar tarixində baş vermiş hadisələri təqdim edirik.

 

30 yanvar 1982-ci ildə 15 yaşlı məktəbli tərəfindən  Elik Kloner kompüter virusu yazılıb:

 

Açıklama yok.

 

Orta məktəb şagirdi 15 yaşlı Riçard Skrenta Apple II kompüterlərini yoluxduran Elik Cloner virusunu yazıb. Bu virusun onun indiyə qədər yaradılmış ilk genişmiqyaslı öz-özünə yayılan fərdi kompüter viruslarından biri olduğuna inanılır.

 

30 yanvar 1992-ci ildə Azərbaycan ATƏT-ə üzv olub:

 

Açıklama yok.

ATƏT Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır. Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv olduqdan sonra ATƏT-in 1992-ci ildə keçirilmiş Helsinki, 1994-cü ildə keçirilmiş Budapeşt, 1996-cı ildə keçirilmiş Lissabon, 1999-cu ildə keçirilmiş İstanbul və 2010-cu ildə keçirilmiş Astana Sammitlərində iştirak edib.

 

30 yanvar 1997-ci ildən etibarən Azərbaycan Gömrük işçilərinin peşə bayramı qeyd olunur:

 

Açıklama yok.

Prezident Heydər Əliyevin sərəncamına əsasən, 1997-ci ildən etibarən 30 yanvar tarixinin gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir.

 

Azərbaycan Gömrük Xidməti hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

 

30 yanvar 2000-ci ildə A310-300 təyyarəsinin Atlantik okeanına düşməsi nəticəsində 169 nəfər həlak olub:

 

A310-300 təyyarəsi Fildişi Sahili yaxınlığında dənizə düşüb. Təyyarədə olan 179 nəfərdən yalnız on nəfər sağ qalıb.

 

169 nəfərin ölümü ilə nəticələnən qəza Airbus A310-un iştirak etdiyi ən ölümcüll, eləcə də Fildişi Sahili tarixində yaşanmış ən dəhşətli qəza idi.

 

30 yanvar 2007-ci ildə “Windows Vista” əməliiiyat sistemini və “Micrasoft Office 2007” proqram paketi satışa çıxarılıb:

 

Açıklama yok.

Bu "Windows”un rəqəmsal distribusiya platforması vasitəsilə təqdim edilən ilk buraxılışı kimi yarandı. “Windows XP”dən (2001) sonra “Windows”un daha yeni versiyası idi.