Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 08:46:29
Məktəbdəki dava ilə bağlı rəsmi AÇIQLAMA 

Bakı şəhəri 188 saylı məktəbin şagirdləri arasında baş vermiş kütləvi davaya aydınlıq gətirilib.

 

188 nömrəli tam orta məktəbdən AzEdu.az-a bildirilib ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub.

 

Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunub, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.